Bu gün Azərbaycan 2-ci liqasına vəsiqə uğrunda pley-off qarşılaşması keçirilib.
"Unikal" xəbər verir ki, 2-ci liqada 13-cü pilləni tutan "Lerik" AFFA Region Liqasının finalçısı "Şirvan"la qarşılaşıb.
"ASCO Arena"da keçirilən bu matçda qalib gələn komanda "Şirvan" olub. Bununla da onlar növbəti mövsüm 2-ci liqada mübarizə aparacaqlar. Məğlub olan "Lerik" isə Region Liqasında iştirak edəcək.
Saat 16:00-da başlayan oyunu FİFA referisi Əliyar Ağayev idarə edib.