Goranboyda yol qəzasında xəsarət alan şəxsin adı məlum olub.
"Unikal"ın məlumatına görə, xəsarət alan 1953-cü il təvəllüdlü Arif Musayevdir. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki hadisə Goranboy şəhərinin Heydər Əliyev prospektində baş verib.
Belə ki rayonun Tatarlı kənd sakini 1956-cı il təvəllüdlü Cəlil Əliyev idarə etdiyi "NİVA " markalı avtomobillə hərəkətdə olarkən Goranboy şəhər sakini 1953-cü il təvəllüdlü Arif Musayevi vurub.Faktla bağlı araşdırma aparılır.
*** 21:55
Goranboyda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır.
"Unikal"ın məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində baş verib. Belə ki hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.
Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov