Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.
"Unikal" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda İngiltərə yığmasını sınağa çəkib. Matç millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qollardan birini Təmkin Xəlilzadə vurub. Digəri isə avtoqol sayəsində reallaşıb.
Azərbaycan seçməsi növbəti raundda Monteneqro ilə üz-üzə gələcək.
Qeyd edək ki, mundiala iyunun 1-də yekun vurulacaq.