Gürcüstanda müxalif “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri Nika Melia inzibati qaydada saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

O, hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etməkdə ittiham olunur.

“Nika Melia inzibati xəta haqqında işə baxılması və müvafiq qərarın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş qaydada məhkəmə qarşısına çıxarılacaq”, - deyə məlumatda bildirilir.