Mayın 30-u milyarder İlon Maskın ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsində son günü olacaq.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Bu gün Oval kabinetdə İlon Maskla mətbuat konfransı keçirəcəyəm. Bu, onun son iş günü olacaq.Ağ Evdə görüşənədək", - ABŞ lideri yazıb.
Bundan əvvəl ABŞ-nin ticarət naziri Hovard Lutnik bildirmişdi ki, Mask ABŞ prezidenti Donald Tramp administrasiyasını tərk etdikdən sonra dövlət başçısının yaxın çevrəsində qalacaq.