"Bu gün cəmiyyətdə boşanmaların, uşaqların törətdikləri cinayətlərin sayının sürətlə artması ciddi narahat doğurur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Ailə institutunun güclənməsi üçün ciddi addımlar atmalıyıq: "Hesab edirəm bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir. Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb. Bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətə şərikdir. Necə olur ki, bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir?"
Anar Kəlbiyev