"Paşinyan “siyasi meyit”dir".

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim namusum var” fraksiyasının üzvü Hayk Mamicanyan parlamentdə keçirdiyi brifinqdə deyib. 

O, baş nazir Nikol Paşinyanı tənqid edib: "Bu cür meyitlər vaxtında götürülməyəndə onlar üfunət iyi yaymağa başlayırlar. Günah bizimdir ki, o siyasi meyiti indiyə qədər toplamamışıq".

Ağarza Elçinoğlu