Prezidentliyə namizədlikləri təsdiq olunanların sayı 18-ə çatdı
11:54 30-08-2013
CƏMİYYƏT
Prezidentliyə namizədlikləri təsdiq olunanların sayı 18-ə çatdı
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Demokratik Qüvvələrin Milli Şurası seçicilərin təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin prezidentliyə namizədliyi təsdiq edilib.
MSK sədri Məzahir Pənahovun sədirliyi ilə keçirilən iclasda Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri qeydə alınıb.
Daha sonra iclasda səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib.
İclasda, həmçinin MSK nəznində Mətbuat qrupunun yeni tərkibdə formalaşdırılması barədə MSK-nın 4 sentyabr 2008-ci il tarixli 17/85 saylı qərarına dəyişiklik edilib.
M.Pənahov qeyd edib ki, prezidentliyə namizədliyi təsdiq olunmaq üçün Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu seçki sənədlərini MSK-ya təqdim edib.
MSK sədri onu da əlavə edib ki, seçkiləri müşahidə etmək üçün indiyə qədər 356 nəfər MSK-ya müraciət edib.
Qeyd edək ki, indiyə qədər seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən prezidentliyə namizədlərin sayı 21-dir.
17 nəfərin - Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Orucun, Qüdrət İsaqovun, İsmayıl Yusifovun, Elşən Həsənovun, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclunun, Ədalət Partiyasının sədri İlyas İsmayılovun və öz təşəbbüsləri ilə namizədliyini irəli sürən İlqar Məmmədovun prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.
Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.
MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00