"Real"ın hücumçusu Rodriqo Qoes bu yay klubu tərk edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Madrid klubunun rəhbərliyi 23 yaşlı braziliyalını satmaq imkanını nəzərdən keçirir. "Real" başlanğıc transfer qiymətini nə az, nə çox 100 milyon avro müəyyən edib.
İngiltərənin iki nəhəngi - "Çelsi" və "Arsenal" oyunçu ilə maraqlanır. Hər iki klub hücum xəttini gücləndirmək üçün fəal çalışır.
24 yaşlı Rodriqonun "Real"la hazırkı müqaviləsi isə 2028-ci ilin ortalarına qədərdir.