Cəlilabadda 37 yaşlı Bəhruz Hüseynovun qətlinin təfərrüatları məlum olub.
"Unikal" xəbər verir ki, Cəlilabad rayonu Səttərxan küçəsində yaşayan, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu işdən evə qayıtdıqdan sonra qonşu otaqdan gələn səsləri eşidib. Evdə bacısı və onun qıznın da olması səbəbilə əvvəlcə bundan şübhələnməyib. Lakin otağın qapısını açdıqda orada bacısı qızı ilə birlikdə başqa bir şəxsi - Göytəpə şəhər sakini, 2006-cı il təvəllüdlü Orxan Əkbərovu görüb.
Aralarında yaranan mübahisə zamanı Orxan Əkbərov cibindən çıxardığı bıçaqla Bəhruz Hüseynovun ürək nahiyəsinə zərbə vurub. Bundan sonra Orxan Əkbərov hadisə yerindən qaçaraq gizlənib.
Ağır yaralanan Bəhruz Hüseynov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Cinayəti törətməkdə şübhəli bilinən Orxan Əkbərov saxlanılıb.
Qeyd edək ki, avtomobil ustası olan B. Hüseynovun iki övladı var.