İtaliyanın “İnter” klubunun keçmiş prezidenti Ernesto Pelleqrini 84 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, Ernesto Pelleqrini 1984-1995-ci illərdə “neradzurri”yə rəhbərlik edib. “İnter” onun rəhbərliyi ilə 1988-1989-cu il mövsümündə 34 oyunda rekord - 58 xal (o vaxt qələbə 2 xal idi) toplayaraq “Skudetto”nun sahibi olub. Həmçinin 1989-cu ildə Ernesto Pelleqrininin “İnter”i İtaliya Super Kubokunu, 1991-ci ildə isə 26 ildən sonra UEFA Kubokunu qazanıb.

“İnter”in oyunçuları bu gün Almaniyanın Münxen şəhərindəki “Alyans Arena”da keçiriləcək UEFA Çempionlar Liqasının finalında Fransanın PSJ klubu ilə matçda meydana qara sarğılarla çıxacaq.