Türkiyə Super Liqasında XXXVIII turun görüşləri davam edir.

"Unikal" xəbər verir ki, günün ilk matçında azarkeşlərini bu mövsüm sevindirə bilməyən "Fənərbaxça" öz meydanında "Konyaspor"la qarşılaşıb.

"Sarı-lacivərdlilər" ilk hissəni 0:1 hesabı ilə məğlub başa vursalar da, 2-ci hissədə geri dönüş etməyi bacarıblar. Qarşılaşma "Fənər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.