Bu gün Şəhid Cavid Azər oğlu Bayramovun qardaşının toy günüdür.

“Unikal” xəbər verir ki, toyundan öncə şəhidimizin qardaşı və atası həyətlərindəki şəhidin adını daşıyan bulağını ,həmçinin, şəhidlər xiyabanında şəhidimizi ziyarət ediblər.

Qeyd edək ki, toy bu gün paytaxt restoranlarından birində baş tutacaq.

Onu da qeyd edək ki,  Cavid Vətənini qorumaq üçün 27 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanmış, 8 oktyabr 2020-ci il tarixində Füzuli rayonunda qəhrəmancasına ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmışdır. Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid gizir Cavid Bayramov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.