Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlarda iştirak etmək üçün İstanbula uçub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası yazıb. 

Qeyd edək ki, son üç ildə ilk birbaşa Rusiya-Ukrayna danışıqları mayın 16-da İstanbulda baş tutub. İki saata yaxın davam edən görüşdən sonra tərəflər “1000-ə 1000” formatında əsirlərin mübadiləsi və atəşkəs planlarını təqdim etmək barədə razılığa gəliblər.