Braziliyalı hücumçu Mateus Kunya İngiltərənin "Vulverhempton" klubundan "Mançester Yunayted"ə keçib.

"Unikal" "Sky Sports"a istinadən xəbər verir ki, transfer 62,5 milyon funt sterlinq (74 milyon avro) təşkil edib.

26 yaşlı futbolçu mankunian klubu ilə 5 illik müqavilə imzalayıb.

Mateus Kunya 2,5 il ərzində "Vulverhempton"da 92 oyun keçirib, 33 qol vurub.