Polşada keçirilən prezident seçkilərinin ikinci turunda Hüquq və Ədalət Partiyasının namizədi, mühafizəkar siyasətçi Karol Navroski 51 faiz səslə qalib gəlib.

"Unikal" xəbər verir ki,  bu barədə Polşa Dövlət Seçki Komissiyası (PKW) məlumat yayıb.

Bildirilir ki, səslərin 100%-i hesablandıqdan sonra o, seçicilərin 51 faiz dəstəyini qazanıb - bu, 10 606 628 səs deməkdir.

Bu arada onun rəqibi, Vətəndaş Platformasının nümayəndəsi, Varşava meri Rafal Tşaskovski  49 % səs toplayıb.

Qeyd edək ki, Polşanın hazırkı prezidenti Andjey Dudadır. 

Gülayə Mecid