Ağ Ev İrana qarşı yeni sanksiyaların dayandırılması barədə göstəriş verib.

"Unikal" xəbər verir ki, bu barədə "Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, keçən həftə Ağ Evin mətbuat katibi Caroline Leavitt Dövlət Departamentinə, Maliyyə Departamentinə və Milli Təhlükəsizlik Şurasına “İrana qarşı yeni sanksiyaların tətbiqi üçün bütün fəaliyyətləri dayandırmağı” tələb edən direktiv göndərib.  

Leavittin müavini Anna Kelli nəşrə verdiyi şərhdə bu məlumatı birbaşa təkzib etməyib, lakin bildirib ki, “sanksiya məsələsi ilə bağlı hər hansı yeni qərar ya Ağ Ev, ya da müvafiq qurumlar tərəfindən açıqlanacaq”. Qəzet qeyd edir ki, Vaşinqton sonuncu dəfə mayın 21-də Tehrana qarşı məhdudiyyətlər tətbiq edib və o vaxtdan bəri Maliyyə Nazirliyi yeni sanksiyaların elanını ən azı iki dəfə təxirə salıb.