Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib.
"Unikal" xəbər verir ki, hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.
Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov İcraiyyə Komitəsində yer alacaqlar.
Həmçinin, Mahir Məmmədov səsvermə nəticəsində daha dörd il müddətinə federasiyaya rəhbərlik edəcək.
Faiq Həsənov I vitse-prezident, iş adamı Yaqub Hüseynov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Bəxtiyar Məmmədov vitse-prezident seçiliblər.
***11:31
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov daha bir vəzifəsini itirib.
"Unikal" "Teleqraf"a istinadən xəbər verir ki, o bundan sonra Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyində təmsil olunmayacaq.
S.Talıbov qurumun İcraiyyə Komitəsinə keçirilən seçkilərdə namizədliyini irəli sürməyib.
AŞF-nin hazırda davam edən Konfransında İcraiyyə Komitəsi üzvlüyünə namizədlər siyahısında onun adı yoxdur.
Qeyd edək ki, Seymur Talıbov 2021-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsini tuturdu. Onun rəhbəri olduğu Naxçıvan Şahmat Federasiyası isə 2024-cü ildə ləğv olunub.