Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” daha bir futbolçu ilə yollarını ayırıb.

"Unikal" xəbər verir ki, İstanbul klubunun mövsümün əvvəlində “Əl-Əhli”dən icarəyə götürdüyü Allan Sent-Maksimin komandanı tərk edib.

Bu barədə futbolçu özü açıqlama yayıb.
“Sarı-lacivərdlilər” vingerin müqaviləsində yer alan satınalma bəndindən istifadə etməyib.

Qeyd edək ki, 27 yaşlı fransalı bu mövsüm “Fənər”in heyətində iştirak etdiyi 31 rəsmi matçda 4 qol, 5 assistlə yadda qalıb.