İspaniya La Liqasından mövsümün ən yaxşı məşqçisi müəyyənləşib.
"Unikal" sözügedən liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Barselona"nın çalışdırıcısı Hans-Diter Flikdir.
Alman mütəxəssis səsvermədə Xose Bordalas (“Xetafe”), Manolo (“Espanyol”), Manuel Pelleqrini (“Betis”), Mişel (“Jirona”), Ernesto Valverde (“Atletik”) və Dieqo Simeoneni (“Atletiko Madrid”) qabaqlayıb.
Qeyd edək ki, Flik 2024-cü ildən "Barselona"nın baş məşqçisidir. "Blauqrana" onun rəhbrliyi altında La Liqanın, İspaniya Kubokunun qalibi olub.