Ukrayna rəhbərliyi Rusiyanın nəzarəti altında olan ərazilərdən azyaşlıları bilərəkdən Avropaya və Qərbi Ukraynaya aparır ki, uşaqların Rusiya vətəndaşlığını almış valideynlərinə qovuşmaq imkanı olmasın.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. 

"Bəzi uşaqlar yoxa çıxır. Hardadırlar, onlara nə baş verir - nə valideynlər, nə uşaq xidmətlərimiz, nə də Qırmızı Xaç təşkilatı təsis edə bilmir", - deputat bildirib.

Bir müddət əvvəl İstanbulda Rusiyadan olan danışıqlar qrupunun rəhbəri Vladimir Medinski bildirmişdi ki, ukraynalı valideynlər  uşaqları ilə qovuşmaq üçün Rusiya konsulluqlarından kömək istəyirlər.