Fransanın PSJ klubunun yarımmüdafiəçisi Fabian Ruisin evinə basqın edilib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Paris təmsilçisi UEFA Çempionlar Liqasının qalibi olduqdan bir gün sonra baş verib.

İspaniyalı futbolçunun evini qarət etməyə cəhd göstərən şəxslərin iki azyaşlı olduğu aşkarlanıb. Onlar hadisə yerində yaxalanıblar.

Qeyd edək ki, PSJ finalda İtaliyanın “İnter” komandasını 5:0 hesabı ilə üstələyərək tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.