Tel-Əvivdən Rodos adasına gedən israilli gənc turist təyyarədə xaosa səbəb olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı gənc təyyarə Rodos yaxınlığında havada olarkən naməlum səbəbdən qarşısındakı sərnişinlə mübahisə edib.
Bəzi sərnişinlər və təyyarə heyəti israilli turisti sakitləşdirməyə çalışarkən, gənc turist qəfildən dörd nəfəri dişləyərək ona kömək etməyə çalışan ekipaj üzvlərini və digər sərnişinləri dişləməyə başlayıb və bu, xaosa səbəb olub.
Ekipaj və sərnişinlər tərəfindən zərərsizləşdirilən israilli turist hava limanında polis tərəfindən saxlanılıb.
Rodos Ədliyyəsində Cinayət Məhkəməsi qarşısında çıxış edən israilli turistə 22 ay həbs və 8 min avro pul cəzası kəsilib. Turist həbs edilərək həbsxanaya göndərilib.
Onun dişlədiyi 4 turistə hava limanında tibbi yardım göstərilib.
Seymur Əli