İcarə əsasında İngiltərənin “Çelsi” komandasında çıxış edən Ceydon Sanço London təmsilçisindən ayrılıb.

"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

25 yaşlı hücumçu müqavilə ilə məxsus olduğunu “Mançester Yunayted”ə qayıdıb. Klublar transferlə bağlı razılığa gələ bilməyiblər.

Qeyd edək ki, "Çelsi" 2024-cü ilin avqust ayında Ceydon Sançonu icarəyə götürüb. O, “zadəganlar”ın heyətində 41 oyunda, 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.