“Sumqayıt” üç futbolçu ilə yollarını ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə futbol klubunun sosial şəbəkə hesabında paylaşım edilib.

“Futbol Klubu ilə müqavilə müddətləri başa çatan futbolçular – Miloş Miloviç, Momo Yansane və Rövlan Muradovla yollar ayrılıb.

Hər üç futbolçuya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq”, - deyə paylaşımda bildirilib.