NBA təmsilçisi "Nyu-York Niks" baş məşqçisini istefaya göndərilib.

"Unikal" xəbər verir ki, klubdan verilən məlumata görə Tom Tibodo ilə yollar ayrılıb.

Nyu-York təmsilçisi 67 yaşlı mütəxəssisin rəhbərliyi ilə son 25 ildə ilk dəfə Şərq Konfransına yüksəlib. Amma "Niks" "İndiana Peyserz"lə mübarizədə 2:4 hesabı ilə uduzub.

Qeyd edək ki, 2020-ci ildən komandaya başçılıq edən Tibodo 4 dəfə komandanı pley-offa çıxarıb.