İtaliyanın "Milan" klubu futbolçusu Ticani Reyndersin İngiltərənin “Mançester Siti” komandasına keçməsinə razılıq verib.
"Unikal" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, “şəhərlilər” bu transfer üçün qarşı tərəfə 70 milyon avro məbləğində təzminat ödəyəcək. Niderlandlı yarımmüdafiəçi ilə yaxın günlərdə uzunmüddətli müqavilə imzalanacaq.
Qeyd edək ki, Ticani Reynders 2023-cü ildən "Milan"da çıxış edir. O, bu mövsüm İtaliya klubunun heyətində 54 matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.