“Araz-Naxçıvan” komandası futbolçusu Vadim Abdullayevlə yollarını ayırıb.
Klubun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Oyunçu 2022-ci ildən Naxçıvan təmsilçisinin formasını geyinirdi.