Növbəti mövsüm İngiltərə Premyer Liqasında mübarizə aparacaq “Sanderlend” heyətini yeni oyunçu ilə gücləndirib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, “Dumanlı albion” təmsilçisi İtaliyanın “Roma” komandasından Enzo Le Fenini birdəfəlik transfer edib. Onunla 2029-cu ilədək müqavilə imzalanıb.

25 yaşlı fransalı yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında “Sanderlend”də keçirib.