Gəncə şəhərində müvafiq icazəverici sənədlər olmadan aparılan tikintilərlə bağlı nəzarət tədbirləri davam etdirilir.

"Unikal" xəbər verir ki, şəhərdə yerləşən 1500 ailəlik məcburi köçkünlər üçün salınmış qəsəbənin ətraf ərazisində və Ə.N.Gəncəvi küçəsində dövlət mülkiyyətinə məxsus torpaq sahələrində qeyri-qanuni şəkildə aparılan yaşayış tikililəri aşkarlanıb və müvafiq qanunvericiliyə uyğun tədbirlər görülüb.
 
Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır.
 
Aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.