İspaniyanın "Barselona" komandasının futbolçusu Ansu Fati karyerasını Fransada davam etdirəcək.

"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Monako” 22 yaşlı vingeri icarə əsasında heyətinə qatacaq. Tərəflər arasında razılıq əldə olunmaq üzrədir. Gənc oyunçu özü də Liqa 1 təmsilçisində oynamaq istəyir. O, buna görə bir neçə klubun təklifini rədd edib.

Qeyd edək ki, Ansu Fati bu mövsüm Kataloniya təmsilçisinin heyətində 11 qarşılaşmada meydana çıxıb.