"Fənərbağça" icarə əsasında formasını geyinən yarımmüdafiəçi Filip Kostiçlə əməkdaşlığa son qoyub.
"Unikal" yerli mətbuata istinadən xəbər verir ki, müqavilə ilə "Yuventus"a məxsus olan serbiyalının növbəti mövsümə harada başlayacağı bilinmir.
Xəbərə görə, İstanbul təmsilçisi artıq bu barədə Türkiyə Futbol Federasiyasını məlumatlandırıb.
Qeyd edək ki, Kostiç geridə qalan mövsümdə "Fənərbağça" forması ilə 35 matça çıxaraq 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.