Abid Şərifova 2 milyonluq villa hədiyyə edildi
11:03 03-09-2013
İQTİSADİYYAT
Abid Şərifova 2 milyonluq villa hədiyyə edildi
"Dəmir Bank"la baş nazir müavininin hansı bağları var?
Azərbaycanda fəaliyyət göstərən banklardan biri - "Dəmir Bank" qeyri-rəsmi şəkildə baş nazirin müavini Abid Şərifovla bağlıdır.Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, DəmirBank 24 illik tarixə malikdir. Bank ölkənin ilk bankları sırasındadır, 6 oktyabr 1989-cu ildə yaranıb, "Azərdəmiryolbank" adı ilə fəaliyyət göstərib və bir çox nailiyyətlər qazanıb. Bank 16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini DəmirBank adı ilə həyata keçirir. 1 avqust 2013-cü il tarixinə 375 mln. AZN məbləğində aktivləri ilə DəmirBank Azərbaycanda özəl banklar sırasında ilk onluğa daxildir. 1 avqust 2013-cü il tarixinə Bankın nizamnamə kapitalı 21 mln. AZN, məcmu kapitalı isə 56 mln.AZN təşkil edir.
Bankın adının dəyişdirilməsindən sonra orada Abid Şərifovun da qeyri-rəsmi payının meydana çıxdığını iddia edən mənbələrin sözlərinə görə, baş nazir müavininin şirkətlərinin demək olar ki, hamısı öz maliyyə əməliyyatlarını bu bank vasitəsilə həyata keçirirlər.
Bəzi iddialara görə, ölkənin bank sektorundakı aparıcı oliqarxlar Şərifovun bu sahəyə meyllənməsindən məmnun deyillər.Ona görə də istisna edilmir ki, adı çəkilən bank baş nazir müavini ilə adının bir yerdə hallanmasının sonradan əziyyətini daşımaq məcburiyyətində qalsın. Xüsusilə də nəzərə alsaq ki, ölkədə bu ilin sonundan sonra bir çox bankların sıradan çıx(arıl)ması ilə yekunlaşacaq yeni təmərküzləşmə prosesinin başlayacağına dair iddialar var, mümkündür ki, hədəfə gələn banklardan biri də məhz baş nazir müavini ilə müəyyən bağlılığına görə "Dəmir Bank" ola bilər.
Baş nazir müavini ilə bağlı başqa bir maraqlı məlumat isə onun himayə etdiyi şirkətlərdən birinin rəhbərinin Şərifova bahalı hədiyyə etməsindən gedir. İddialara görə, bu bahalı hədiyyə 2 milyon manatlıq dəyəri olan mülkdür.İstisna edilmir ki, belə bir hədiyyəyə vitse-premyerin bir müddət əvvəl Bakıdakı dəbdəbəli imarətinin yanması səbəb olub.
Xatırladaq ki, Bakının ən mərkəzi yerlərindən birində - "Avropa" oteli yaxınlığında yerləşən həmin imarət 3 mərtəbədən ibarət olub.İmarətin damından başlayan yanğın sonradan daha da güclənib və mülkə xeyli ziyan vurub.Həmin vaxt bununla bağlı yayılan məlumatlarda birmənalı olaraq villanın Abid Şərifova məxsusluğu qeyd edilsə də, sonradan həmin bilgilər təkzib edilmədi.Bu da mülkün baş nazir müavininə məxsus olmasına heç bir şübhə yeri qoymur.
Görünür, yanmasından sonra Abid Şərifov imarətindən soyuyub.Buna görə də ona himayə etdiyi şirkətlərdən birinin rəhbəri tərəfindən yetərincə lüks, bahalı imarət hədiyyə olunub.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40