Bu gün UEFA Millətlər Liqasında 2-ci finalçı da müəyyənləşəcək.

"Unikal" xəbər verir ki, Almaniyada təşkil edilən və bir oyundan ibarət olan mərhələnin yarımfinalında İspaniya ilə Fransa üz-üzə gələcək.

“Ştutqart Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qalib gələn tərəf finalda Portuqaliya ilə qarşılaşacaq. Portuqaliya ötən gün Almaniyanı məğlub edərək (2:1) finala çıxıb. Yarımfinalın məğlubları isə 3-cü yer uğrunda yarışacaqlar. Hər iki oyun iyunun 8-də keçiriləcək.

5 iyun

Millətlər Liqası, yarımfinal

4 iyun, saat 23:00

İspaniya - Fransa