Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı M.Həsənov şübhəli şəxs qismində saxlanılıb. Ondan 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.