Ağ Evdə jurnalistlərin ABŞ-ın Ukraynaya dəstəyini davam etdirib-etməyəcəyi ilə bağlı suallarını cavablandıran ABŞ prezidenti Donald Tramp müsbət cavab verib.
"Unikal" xəbər verir ki, Tramp Ukraynanın yanında olduğunu deyib.
"Bəli, mən Ukraynanın yanındayam. Biz Ukrayna ilə nadir torpaq elementləri ilə bağlı böyük bir müqavilə imzaladıq və... Bilirsiniz ki, mənim tərəfdar olduğum şey qətliamın dayandırılmasıdır, əslində mən yenə də bunun tərəfdarıyam, çünki müharibə heç vaxt başlamazdı, başlamamalı idi".
O, ABŞ və Avropanın Ukraynaya dəstəyindən də danışıb.
"Bu, bir az puldur, amma əsas deyil. Əsas, ən əsası ölümdür", - deyə ABŞ prezidenti fikrini yekunlaşdırıb.