Filologiya elmləri doktoru, professor, uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dünya ədəbiyyatı tarixi kafedrasının müdiri olmuş Tərlan Novruzov vəfat edib.

"Unikal" xəbər verir ki, Yardımlı rayonunun Bürzümbül kəndində doğulan alim 78 yaşında dünyasını dəyişib. O, bir çox elmi əsərlərin, dərslik və monoqrafiyaların, o cümlədən “Sabir irsinin tədqiqi və təbliği”, “M.Ə. Sabir ədəbi məktəbi”, “Sabir və davamçıları”, “Müasir şeirimizdə Sabir ənənələri” kitablarının müəllifidir.