“Gürcüstan, Türkiyə və Azərbaycan arasında əlaqələr üçtərəfli formatda inkişaf edir və daha da möhkəmlənir. Ötən il bu istiqamətdə çox mühüm işlər görülüb, bir sıra yüksək səviyyəli vacib səfərlər, görüşlər həyata keçirilib".

"Unikal" xəbər verir ki, bu fikirlər Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesbatda əksini tapıb.

Bildirilib ki, görülən işlər və atılan addımlar, həyata keçirilən layihələr ikitərəfli və üçtərəfli formatda əlaqələri möhkəmləndirir, inkişaf etdirir:

"Türkiyə və Azərbaycan ilə tərəfdaşlıq regional strateji əhəmiyyətə malik mövcud layihələrlə daha da dərinləşir".