"Ağ Ev ABŞ prezidenti Donald Tramp və milyarder İlon Mask arasında artan münaqişəni yumşaltmağa cəhd edib". 

"Unikal" xəbər verir ki, bu barədə  “The Washington Post” yazır.

Nəşr Tramp və Maska yaxın olan məmurlardan birinin sözlərini sitat gətirib : "Ümid var ki, barışıq olacaq. Amma hər şey bir daha əvvəlki kimi olmayacaq".

Qeyd olunur ki, ABŞ prezident administrasiyasının yüksək rütbəli məmurları vəziyyəti əhəmiyyətsiz kimi təqdim etməyə çalışaraq, Trampın mübahisəli vergi qanun layihəsi ilə bağlı Maskın mövqeyi ilə çoxdan tanış olduğunu vurğulayıblar.

Lakin sosial şəbəkələrdə bir sıra qarşılıqlı hücumlardan sonra Ağ Ev rəhbəri CNN və ABC telekanallarından müşavirlərinə və jurnalistlərə Maskla əlaqəni dayandırmaq niyyətində olduğunu bildirib.