Nəriman Nərimanovun nəşi Bakıya gətirilsinmi?
11:07 03-09-2013
CƏMİYYƏT
Nəriman Nərimanovun nəşi Bakıya gətirilsinmi?
Görkəmli yazıçı və siyasi xadim Nəriman Nərimanovun Moskvada dəfn olunmuş nəşinin Bakıya gətirlməsi mövzusu gözlənilmədən gündəmə çıxıb və qəribə olsa da, müzakirə obyektinə çevrilib.
Şeyx Əbdül: “Çox istərdim ki, Ağa Məhəmməd Şah Qacarın Peterburqda dəfn edilmiş kəlləsi də Azərbaycana gətirilsin və burada dəfn edilsin”
Nərimanov irsinin araşdırıcısı Firdovsiyyə Əhmədova bildirib ki, “Öz xalqına, geniş coğrafiyada isə Şərq xalqlarına bütün ömrü boyu xidmət etmiş Nərmanovun məzarının Azərbaycana köçürülməsi reallaşarsa, bu təqdirəlayiq hal kimi qiymətləndirilməlidir”.
Kommunist Partiyasının sədri Rauf Qurbanov isə bildirib ki, o, Nərimanovun nəşinin Azərbaycana gətirilib Fəxri Xiyabanda basdırılmasının əleyhinədir: “Nərimanovun nəşi Kremlin divarlarındadır. Məzarın oradan çıxarılıb ölkəmizə gətirilməsi o qədər də məqsədə uyğun deyil. Bir azərbaycanlı olaraq fəxr eləməyə dəyər ki, Nərimanov kimi bir şəxsiyyət Kremlin divarlarında öz yerini tapıb”.
Tanınmış kinorejissor Əbdül Mahmudbəyovun “Unikal”a söylədiyinə görə, “Dahi rus yazıçısı Lev Tolstoyun gözəl bir kəlamı var: “Rus taxılı yad torpaqda bitmir”. Nəriman Nərimanovun nəşinin Moskvadan Bakıya köçürülməsi onun mənəvi haqqıdır. Elə bizim də onun ruhu qarşısındakı mənəvi borcumuzdur. Buna görə də hesab edirəm ki, ortalığa çıxa biləcək müəyən çətinliklərə baxmayaraq Rusiyanın müvafiq strukturları ilə danışıqlar aparılmalı və xalqımızın böyük oğlunun nəşi öz vətənində yenidən torpağa tapşırılmalıdır. Və təkcə onun yox. Məlum olduğu kimi, Azərbaycan türkünün böyük oğlu Ağa Məhəmməd Şah Qacar Azərbaycanda öldürüldükdən sonra öz namərdlərimiz onun başını kəsərək Rusiyanıən çarına ərməğan kimi göndəriblər. Qacarın kəlləsi sonradan Peterburqda torpağa tapşırılıb. Çox istərdim ki, onun da kəlləsi tapılaraq Azərbaycana gətirilsin və burada dəfn edilsin”.
Kinorejissorun sözlərinə görə, “Nə.in torpaqdan çıxardılaraq başqa yerdə dəfn edilməsi praktikası bütün dünyada geniş şəkildə yayılıb. Allah ümummilli öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin ki, o hələ sovetlərin zamanında dahi şairimiz Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana köçürülməsini təşkil eləyə bildi. Onun bu addımı Azərbaycan mədəniyyəti qarşısında unudulmaz bir xidmət idi və bu gün Hüseyn Cavidi ziyarət etmək istəyənlər onun məzarına üz tuta bilirlər. Unutmayaq ki, bu məqamda söhbət insanın sümüklərindən deyil, dolayısı ilə onun ruhundan gedir”.
Tanınmış ziyalı, fəlsəfə elmləri doktoru Əhməd Qəşəmoğlunun “Unikal”a söylədiyinə görə, “Mən də Nəriman Nərimanovun nəşinin Moskvadan Bakıya köçürülməsinin tərəfdarıyam. Çünki birinci növbədə ona görə ki, günlərin birində Moskva hökuməti qərar verib Kremlin yanında dəfn edilmiş cəsədlərin başa bir əraziyə köçürülməsini təşkil edə bilər və bu zaman Nəriman Nərimanovun nəşi tamamilə gözdəniraq vəziyyətə düşə bilər. Amma Nəriman Nərimanovun cəsədinin qalıqları Bakıya gətirilib burada dəfn edilsə, daha bir əziz ziyarət guşəsi qazanmış olarıq”.
Qəşəmoğlu hesab edir ki, “Sovetlərin zamanında Nəriman Nərimanovun nəşinin Kreml divarlarının yanında olması Azərbaycan üçün nəsə demək idi. Çünki o, sovet hökumətinin qurcularından biri idi. Bu gün isə sıravi moskvalı üçün Nəriman Nərimanovun adı heç nə demir və onu orada çox az adam tanıyır. Buna görə də Nəriman Nərimanovun adını bu unutqanlıq mühitindən xilas etmək laızmdır”.
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06