Volodimir Zelenski siyasəti tərk edib Ukraynanı tərk edəcək, bundan sonra Ali Radanın spikeri Ruslan Stefançuk ölkədə yeni siyasi mənzərəni formalaşdıracaq dövlət başçısı kimi çıxış edəcək.

"Unikal" xəbər verir ki, bu proqnozu Ukraynanın keçmiş baş naziri (2010-2014-cü illərdə bu vəzifədə olub) Nikolay Azarov verib.

"Deyəsən, Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı qərar ABŞ-da artıq qəbul edilib. Vaşinqton buna icazə verib", - Azarov "Telegram" kanalında yazıb. Ukraynanın keçmiş baş naziri hesab edir ki, Avropadan Zelenskiyə dəstək heç nəyi həll etməyəcək və çətin ki, ona kömək etsin.

"Düşünürəm ki, Zelenski səlahiyyət müddətinin başa çatması ilə əlaqədar istefa verəcək. Ali Radanın spikeri Stefançuk prezident kimi çıxış edəcək və o, Ukraynada yeni siyasi mənzərəni formalaşdıracaq. Bundan sonra Zelenskinin Ukraynada qalacağını düşünmürəm”, - deyə o əlavə edib.