UEFA Millətlər Liqasının bürünc mükafatçısının adına aydınlıq gəlib.

"Unikal" xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Almaniya və Fransa yığmaları münasibətləri aydınlaşdırıblar.

Almaniyanın Ştutqart şəhərində baş tutan qarşılaşma meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün həlledici oyunda Portuqaliya və İspaniya yığmaları üz-üzə gələcəklər. Matç saat 23:00-da Münhendə start götürəcək.