Əli Əhmədovdan müxalifətə xarici qüvvələrə işləmək ittihamı
11:07 03-09-2013
CƏMİYYƏT
Əli Əhmədovdan müxalifətə xarici qüvvələrə işləmək ittihamı
Hakim partiya seçkilərə tam hazırdır
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov YAP-ın prezident seçkilərinə hazırlıqla bağlı bildirib ki, partiyanın seçki taktikasında istifadə etdiyi bir çox önəmli yanaşmalardan biri prezident, parlament və ya bələdiyyə seçkiləri olmasından asılı olmayaraq ciddi yanaşma ortaya qoymasıdır.
2013-cü ilin prezident seçkiləri də bu baxımdan istisna deyil və YAP budəfəki seçkilərlə bağlı kampaniyaya da çox məsuliyyətlə yanaşır. Bunun ən bariz göstəricilərindən biri kampaniyasının təxminən avqust ayının əvvəllərindən başlamasına baxmayaraq, YAP-ın xeyli müddət, aylarla öncədən seçkilərə hazırlaşmasıdır. Seçki kampaniyası elan olunduqdan sonra üzərimizə düşən vəzifəni çox qısa zamanda və yüksək keyfiyyətlə yerinə yetirməyimizin vacib səbəblərindən biri də budur. Artıq bildiyimiz kimi, partiyamızın namizədi qeydiyyatdan keçib, seçki gündəliyinə uyğun olaraq təbliğat kampaniyasının keçirilməsinə hazırlaşmaqdayıq. Müəyyən edilmiş qrafikə görə Azərbaycanda təbliğat kampaniyası sentyabr ayının 16-dan başlayacaq və partiyamız uğurlu kampaniya aparmaq üçün bütün hazırlıqları görüb. O, daha sonra Milli Şuranın fəaliyyətinə də münasibət bildirib:-"Seçkidə uğur qazanmağın formulu içərisində seçki kampaniyasına ciddi hazırlaşmaq əhəmiyyətli rol oynayır. Bu, təkcə Azərbaycana aid deyil, dünyanın hər bir yerində istənilən özünə hörmətlə yanaşan siyasi təşkilat seçkidə uğur qazanmaq niyyətindədirsə, kampaniyaya məsuliyyətlə hazırlaşır. Yeni Azərbaycan Partiyası da bunu edir. Bizim Azərbaycan reallıqları içərisində qarşılaşdığımız çox vacib məqamlardan biri ondan ibarətdir ki, bizim rəqiblərimiz şəklində özlərini vətəndaşlara təqdim etmək istəyən və müxalifət adlanan qüvvələr seçki kampaniyasına çox primitiv, həvəssiz və qeyri-ciddi şəkildə yanaşırlar. Bəlkə də bu o qədər də dəqiq müqayisə deyil, amma demək istərdim ki, ciddi tələbələr imtahanlara il boyu hazırlaşırlar, tənbəllər isə imtahan günü imtahana hazırlaşmağı yadlarına salırlar və təbiidir ki, il boyu dərslərinə hazırlaşan tələblərin əldə etdiyi nəticələrlə imtaha hazırlaşmağı imtahan günündə yadına salan tələbərin nəticələri bir-birindən tamamilə fərqli olur. Eləcə də, güman edirəm ki, seçkilərə yanaşma tərzləri bir-birindən fərqli olan siyasi təşkilatların seçki kampaniyalarının nəticələri də fərqli olacaqdır. Seçkinin uğurunu təmin edən vacib məqamlardan biri olan namizədin müəyyənləşdirilməsi məsələsi də bütövlükdə seçki kampaniyasına hazırlığın tərkibinə daxildir. Seçkiyə seçkidə iştirak edəcək əsas fiquru müəyyənləşdirmədən abstrakt şəkildə hazırlaşmaq mümkün deyil. Seçkiyə hazırlaşmaq, hər şeydən əvvəl, seçkidə iştirak edəcək həlledici fiqurun müəyyənləşdirilməsi və onun strategiyasının müəyyən edilməsi zəminində mümkün olur. Dünyanın hər yerində uğurlu partiyalar, o cümlədən YAP bu cür edir. Biz namizədimizi müəyyənləşdirmək problemi və ya sualı ilə qarşılaşmamışıq. Çünki bu bizim seçki ilə əlaqədar həyata keçirdiyimiz bütün hərəkətlərin baş sualı olub və bu sual bizim üçün həmişə aydın cavabı ilə yadda qalıb".Millət vəkili bunu da qeyd edib ki, seçkilər dövründə ənənəvi olaraq ayrı-ayrı xarici dairələrin Azərbaycanın daxili işlərinə bu və ya digər formada müdaxilə etmək, təsir göstərmək, Cənubi Qafqaz bölgəsində və Azərbaycanın yerləşdiyi ərazidə maraqlarını təmin etmək niyyətləri olur:-" Təəssüflə qeyd edirəm ki, haqqında danışdığımız təzyiqlər taksikasında bəzən ölkənin daxilindəki qruplardan da istifadə olunur. Azərbaycandakı bəzi müxalifət dairələri ölkəyə kənardan təsir göstərmək istəyən maraqlı qruplarla sinxron fəaliyyət göstərir. Bunun qabarıq ifadələrindən biri odur ki, müxalifətin bəzi namizədləri, bir sıra hallarda isə müxalifət partiyaları özlərinə dəstəyi Azərbaycanın içərisində deyil, ölkədən kənarda axtarmağa meyl göstərirlər".
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04