Milli komandamız bu gün yoldaşlıq görüşündə Macarıstan seçməsi ilə üz-üzə gələcək.
"Unikal" xəbər verir ki, "Liv Bona Dea Arena"da keçiriləcək görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, millimiz daha öncə yoldaşlıq görüşündə Latviya seçməsinin qonağı olub, qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.