Naxçıvan şəhərinin bəzi yerlərində iyunun 10-da içməli suyun verilişi dayandırılacaq.
"Unikal" xəbər verir ki, Naxçıvan şəhəri, Babək məhəlləsi, Hacıniyyət kəndi, 6-cı məhəlləni içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar iyunun 10-u saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər gün ərzində yekunlaşdırılacaq.