Ukrayna ərazisindən rus hərbçilərinin ikinci qrupu geri qayıdıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, hərbi əsirlərin təhvili 10 iyun tarixində İstanbulda əldə olunan Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq həyata keçirilib. Əvəzində Rusiya, Ukrayna Silahlı Qüvvələrinin (VSU) bir qrup hərbçisini təhvil verib.

Hazırda rus hərbçiləri Belarusa gətirilib, burada onlara tibbi və psixoloji yardım göstərilir. Müalicə və reabilitasiya prosesi başa çatdıqdan sonra bütün hərbçilər Rusiyaya qaytarılacaq.

Ötən gün isə İstanbul razılaşmaları çərçivəsində hərbi əsirlərin mübadiləsinin ilk mərhələsi həyata keçirilib.