Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünü keçirib.
"Unikal" xəbər verir ki, yığmamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Saat 17:00-da başlayan oyunda qalib bəlli olmayıb. 1:1 hesablı heç-heçə başa çatan qarşılaşmada millimizin heyətində qolu 26-cı dəqiqədə Səttar Tahirzadə vurub.
Qeyd edək ki, millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.