Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdəki “narahatedici elementlərin” aradan qaldırılması ilə bağlı məsləhətləşmələri İstanbuldan öz paytaxtlarına köçürmək barədə ilkin qərar qəbul ediblər.
"Unikal" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev deyib.
Diplomatın sözlərinə görə, çox yaxın vaxtlarda Moskvada nümayəndə heyətləri arasında danışıqların yeni mərhələsi baş tutacaq.
Səfir vurğulayıb ki, Rusiya-Amerika münasibətlərinin “bərpası” hələ çox uzaqdadır, proses çətinləşir və ləngiyir.