"Kaliforniyadakı etiraz aksiyaları kimsə tərəfindən maliyyələşdirilir".

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Şimali Karolinadakı Fort Bragg hərbi bazasında hərbçilərə və veteranlara söhbətində deyib. 

Tramp vuğulayıb ki, Kaliforniyada baş verən iğtişaşlar və etirazlar “sülhə, ictimai asayişə və Birləşmiş Ştatların milli suverenliyinə qarşı tam miqyaslı hücumdur” və “xarici bayraqlar qaldıran iğtişaşçılar tərəfindən Amerika torpaqlarına işğalını davam etdirmək üçün həyata keçirilir”.

 Onun fikrincə, aksiyaları peşəkarlar təşkil edib və kimlərsə maliyyələşdirib.

Tramp əlavə edib ki, o, ABŞ-nin baş prokuroru Pam Bondi və Ədliyyə Nazirliyi vasitəsilə “bütün bu avadanlıqları kimin maliyyələşdirdiyini” öyrənmək niyyətindədir.