ABŞ prezidenti Donald Tramp Şimali Karolinada Fort Bragg hərbi bazasında hərbçilərə və veteranlarla görüşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, gülləkeçirməz şüşə arxasında çıxış edən Tramp diqqət çəkib.
Bildirilir ki, Los-Ancelesdəki etirazlar fonunda Tramp öz mühafizəsini gücləndirib.
Qeyd edək ki, iyunun əvvəlində Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni immiqrantları hədəf alan ICE reydi etirazçılarla zorakılığa çevrilib. Ağ Ev rəsmiləri şəhərin etirazlarını “qanunlara qarşı üsyan” adlandırıblar. Kaliforniya Milli Qvardiyası tezliklə Los Ancelesə gəlib.
Etirazlar iyunun 6-da başlayıb və bu günə kimi sönməyib, etirazlar hər gün daha da aqressivləşir.
Gülayə Mecid